Rusiyalı biznesmen, “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Proqjin əsir götürülən ukraynalı hərbçiləri ziyarət edib.
KONKRET.az xəbər verir ki, bununla bağlı RT görüntülər yayıb.
Jurnalistin “Onları təbrik etməyə dəyərmi?” sualına Priqojin “Onlar da bizim kimi slavyandır. Onlarda da Yeni ildir” cavabını verib.
Əsirlərə bir yeşik naringi gətirən Priqojin onlarla söhbətində tezliklə vətənlərinə qayıtmaları üçün çalışdıqlarını bildirib.
