Prokuror Saakaşvilidən Klinton üçün aldığı çay və limonun çekini tələb etdi – FOTObackend

Prokuror Saakaşvilidən Klinton üçün aldığı çay və limonun çekini tələb etdi - FOTO

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin məhkəməsində prokuror Batumidə ABŞ dövlət katibi Hillari Klintona verilən ziyafət zamanı ödəniş çekini tələb edib. 

KONKRET.az xəbər verir ki, bu barədə M.Saakaşvilinin vəkilləri məlumat yayıb .

“Prokuror Hillar Klinton üçün alınmış Red Bull içkisinin ödəniş qəbzini tələb edir”-deyə məlumatda bildirlir.

Sabiq prezidentin sosial şəbəkədəki səhifəsində cinayət işinə tikilmiş həmin çekin fotosu da yayılıb. Bu çek 5 iyun 2012-ci il tarixinə aiddir. Həmin tarixdə Gürcüstan prezidenti Saakaşvili ABŞ dövlət katibi Hillari Klintonun rəhbərlik etdiyi nümayəndə heyətini Batumidə qəbul edib. “Çay 3 lari, limon 2 lari, qoz və enerji içkisi- Bu sabiq prezidentə qarşı qaldırılmış cinayət işindəki çeklərdən biridir”-deyə foto şərhdə vurğulanır.

azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*