“Pulu xırdala” bəhanəsi ilə dələduzluq – Vətəndaşlara ÇAĞIRIŞbackend

“Pulu xırdala” bəhanəsi ilə dələduzluq - Vətəndaşlara ÇAĞIRIŞ

Yeni dələduzluq üsulu ilə bağlı vətəndaşlara xəbərdarlıq edilib.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, bəzi şəxslər bankomatdan pul çıxaran insanlara yaxınlaşaraq özlərində olan pulu xırdalamağı xahiş edirlər.

Onlar adətən “aparat bu pulu qəbul etmir”bəhanəsi ilə vətəndaşlardan kömək istəyirlər.

Məsələn, dələduz 100 manatlıq əskinas təqdim edərək qarşılığında iki 50 manatlıq əskinas istəyir. Vətəndaş tələsik və diqqətsiz davrandıqda isə ona saxta pul verilə bilər. Nəticədə dələduz həqiqi pulu götürür, saxta əskinas isə zərərçəkənin əlində qalır.

Bu, hər pul xırdalamaq istəyən şəxsin dələduz olduğu anlamına gəlmir. Lakin belə halların baş verdiyi nəzərə alınaraq, bankomatların qarşısında tanımadığınız şəxslərlə pul mübadiləsi apararkən son dərəcə diqqətli olmaq tövsiyə edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*