FHN-dən gəmidəki yanğınla bağlı daha bir AÇIQLAMA – YENİLƏNİBbackend

FHN-dən gəmidəki yanğınla bağlı daha bir AÇIQLAMA - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi (FHN) Puta Dəniz Limanında gəmidəki yanğınla bağlı məlumat yayıb.

KONKRET.az FHN-ə istinadən xəbər verir ki, Qaradağ rayonunda Puta Dəniz Limanında qoşqu gəmisinin mühərrik zalının yanar hissələri və içərisindəki avadanlıqlar 110 m² sahədə yanıb.

Gəminin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

22:08 – 02.08.2022

Bakı şəhərinin Qaradağ rayonunda Puta Dəniz Limanında gəmidə baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

KONKRET.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Əlavə məlumat veriləcək.

21:06 – 02.08.2022

Bakı şəhərinin Qaradağ rayonunda Puta Dəniz Limanında gəmidə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*