Erməni hərbi ekspert Mger Akopyan bildirib ki, 2 gün ərzində Putin iki dəfə Paşinyanla telefonla danışıb. Ekspertin fikrincə Rusiya Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının getməsini istəmir. O əlavə edib ki, ard-arda edilən telefon zəngləri Putinin Paşinyanı təhdid etdiyini deməyə əsas verir.
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Əhəd Məmmədli bildirib ki, Ermənistanın müharibədə Rusiyanı tam dəstəkləməməsi Putini qəzəbləndirir: “Ukrayna müharibəsində Ermənistan Rusiyaya tam dəstək olmadı. Əslində bu iki dövlət hərbi müttəfiqdir. KTMT ölkələri içərisində Rusiyaya rəsmi dəstək verən yeganə dövlət Belarus oldu. Yerdə qalan dövlətlər Rusiyaya ciddi dəstək nümayiş etdirmədi. Bu isə Rusiyanın xarici siyasətinin uğursuzluğundan xəbər verir. Görünür şimal qonşumuz KTMT üzvlərinə nüfuz basqısı etməyə başlayıb. Buna görə də Putin Paşinyanı ardıcıl olaraq təhdid edir”.

Politoloq əlavə edib ki, sülh danşıqlarının gecikməsi Rusiyanın maraqlarına cavab verir: “Əgər tərəflər sülh müqaviləsi imzalayarsa və Ermənistan bizim ərazi bütövlüyümüzü tanıyarsa, o zaman Qarabağda sülhməramlılara ehtiyac qalmayacaq. Rusiya hazırki vəziyyəti saxlamaqla proseslərə nəzarəti əldən vermək istəmir. Həmçinin, buna görə də Putin Paşinyanı təhid edir”.
Şəbnəm Mehdizadə,
KONKRET.az
