Putin azad etdiyi israilli qıza ən xoş arzularını çatdırdıbackend

Putin azad etdiyi israilli qıza ən xoş arzularını çatdırdı

Rusiya prezidenti Vladimir Putin İsrailin Baş naziri Benyamin Netanyahu ilə Moskvada görüş zamanı azad edilən israilli qız Naama İssaxara uğurlar diləyib.

KONKRET.AZ Türkiyə mediasına istinadla xəbər verir ki, Netanyahu İsrail vətəndaşını əfv etdiyinə görə Putinə minnətdarlığını bildirib.

Buna cavab olaraq Rusiyalı siyasətçi qıza və onun ailəsinə ən yaxşı arzularını çatdırmağı xahiş edib.

Yanvarın 30-da Rusiyanın Federal Təhlükəsizlik Şurasında Putinin əfv etdiyi israilli Naama İssaxarın Moskva həbsxanasından çıxdığını təsdiqləyiblər.

İssaxar qaçaqmalçılığa və narkotik vasitələrin saxlanılmasına görə 7,5 il müddətinə azadlıqdan məhrum edilib. Təl-Əvivə uçmaq istəyən qız Moskvanın Şeremetyevo aeroportunun tranzit zonasında saxlanılıb. O, aşkar edilən 9,6 qram həşişi şəxsi məqsədlər üçün daşıdığını deyib. Yanvarın 29-da Putin israillinin əfv olunması haqqında ərizəyə imza atıb.

KONKRET.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*