Putin-Bennet görüşü 5 saatdan çox davam etdi – YENİLƏNİBbackend

Putin-Bennet görüşü 5 saatdan çox davam etdi - YENİLƏNİB

Soçidə Rusiya Prezidenti Vladimir Putinlə İsrailin Baş naziri Naftali Bennet arasında keçirilən görüş başa çatıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

Bildirilib ki, V.Putinlə N.Bennetin danışıqları beş saatdan artıq davam edib: “Görüş müsbət aurada baş tutub. Prezident və Baş nazir ikitərəfli əlaqələri müzakirə ediblər”.

***

15:02
Soçidə Rusiya Prezidenti Vladimir Putinlə İsrail baş naziri Naftali Bennet arasında görüş baş tutub.

KONKRET.az  xəbər verir ki, bu məlumatı “Yerusəlim Post” qəzeti yayıb.

Görüşdən əvvəl jurnalistlərə açıqlama verən Bennett Rusiya Prezidenti ilə Suriyadakı situasiyanı və İranın nüvə proqramını müzakirə edəcəklərini bildirib.

Putin isə İsrailin yaradılmasında SSRİ-nin xüsusi rolu olduğunu xatırladıb, həmçinin hazırkı ikitərəfli münasibətlərdən danışaraq, iki ölkə arasında ticarət dövriyyəsinin artdığını söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*