Putin Çinə səfir təyin etdibackend

Putin Çinə səfir təyin etdi

Rusiya Federasiyası Çinə yeni səfir təyin edib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.

Prezidentin fərmanı ilə Rusiya xarici işlər nazirinin müavini İqor Morqulov Çin Xalq Respublikasına fövqəladə və səlahiyyətli səfir vəzifəsinə təyin olunub.

Qeyd edək ki, əvvəlki səfir Andrey Denisov bir müddət əvvəl vəzifəsindən istefa verdiyini açıqlayıb. Onun Saratov vilayətindən Federasiya Şurasına senator göndərilməsi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*