Rusiya Qazaxıstanda təyyarənin qəzaya uğramasının (AZAL təyyarəsinin Aktau yaxınlığında qəzası – red.) səbəblərinin obyektiv şəkildə araşdırılmasında maraqlıdır.
KONKRET.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Peskov deyib ki, Rusiya qəzanı araşdıran müvafiq komissiyanın işinin nəticələrini gözləyir:
“Moskva qəzanın səbəblərinin araşdırılmasında maraqlıdır. Biz Qazaxıstanda məsələnin üzərində işləyən müvafiq komissiyanın araşdırmasının nəticəsini gözləyirik. Mütəxəssislərimiz də onlarla əməkdaşlıq edir.
Rusiya Prezidenti Vladimir Putin də Aktauda qəzaya uğrayan təyyarəyə görə üzr istəyib”.