Rusiya Prezidenti Vladimir Putin Elazığda baş verən zəlzələ ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərdi.
KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kremldən edilən şərhə görə, Putin göndərdiyi məktubu ilə Elazığda baş verən zəlzələdə ölənlərə və kütləvi dağıntılara görə başsağlığı verib. “Rusiya bu fəlakət nəticəsində yaxınlarını itirənlərin acısını və kədərini bölüşür. Ümid edirəm ki, bütün yaralananlar mümkün qədər tez sağalacaq”, – deyə Putin bildirib.
KONKRET.az
