“Rusiya prezidenti Vladimir Putin Ukrayna məsələsində ciddi kompromisə getməyə hazırdır”.
KONKRET.az xəbər verir ki, bu fikri amerikalı jurnalist Taker Karlson Dubayda keçirilən Dünya Hökumət Sammitində çıxışı zamanı deyib.
O bildirib ki, Birləşmiş Ştatlar istisna olmaqla, istənilən ölkə liderinin işi Ukrayna və Rusiya arasında kompromis tapmağa kömək etməkdir.
“Buna belə deyilir: diplomatiya… Putin kompromis axtarmağa hazır olan liderlərlə həmfikirdir”, – deyə amerikalı jurnalist əlavə edib.
Karlson bildirib ki, o, müsahibədən sonra Rusiya lideri ilə qeyri-rəsmi müzakirə aparıb, lakin söhbətin məzmununu açıqlamayıb.
Burhan,
KONKRET.az