“Putin İrəvana gəlmək üçün gün ayırıb, çünki Ermənistan çətin vəziyyətdədir” – Suzdaltsevbackend

“Putin İrəvana gəlmək üçün gün ayırıb, çünki Ermənistan çətin vəziyyətdədir” – Suzdaltsev

“Ermənistan və Azərbaycan arasında ciddi ziddiyyətlər mövcuddur”.

KONKRET.az xəbər verir ki, bu barədə rusiyalı Politoloq Andrey Suzdaltsev Ermənistan və Azərbaycan arasında Praqa, Soçi və Vaşinqtonda keçirilən son danışıqların nəticələrini şərh edərkən deyib:

“Bakı ilə İrəvan arasındakı ziddiyyətlər fundamental xarakter daşıyır. Sadəcə olaraq İrəvanı və Bakını qane edəcək formul tapa bilmirlər. Ona görə də çoxlu iddialar olacaq”.

Ekspert vurğulayıb ki, Ermənistan və Azərbaycan rəhbərliyi üçün Qarabağ problemi ilə bağlı məsələlər prinsipialdır. Ona görə də, sözügedən məsələdə konkret və ciddi ziddiyyətlər var”.

Suzdaltsevin sözlərinə görə, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Vaşinqtonda keçirilən görüşdə oktyabrın 6-da Praqada və oktyabrın 31-də Soçidə keçirilən danışıqlarda üzərinə götürdükləri öhdəlikləri təsdiqləyiblər:

“Düşünürəm ki, Rusiya prezidentinin İrəvana gözlənilən səfərində bir çox məsələlər “cilalanacaq”. Xarici arenadakı çətin vəziyyətə diqqət yetirin. Rusiya Ukraynada xüsusi əməliyyat keçirir. Lakin Kreml rəhbəri hələ də İrəvana gəlmək üçün gün ayırıb, çünki Ermənistan çətin vəziyyətdədir”.

Politoloqun sözlərinə görə, Ermənistan Qərb vektorunda, yəni  ABŞ və Avropada əldə etdiyi imkanları erməni diasporunun iştirakı ilə qoruyub saxlamağa çalışır. Digər tərəfdən, İrəvan Ermənistanda böyük bazası və Dağlıq Qarabağda sülhməramlıları olan Rusiyanı incitmək istəmir:

“Əsas məsələnin Azərbaycanla ərazi demarkasiyası problemi olduğunu nəzərə almasaq, bu, Ermənistan üçün çətin müqavilə mövqeyidir. KTMT-nin onlayn sammiti var və Putin Ermənistana gəlir. Biz bəzi həll yollarını axtaracağıq”, – Suzdaltsev fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*