Putin Kalaşnikovu vəzifədən AZAD ETDİbackend

Putin Kalaşnikovu vəzifədən AZAD ETDİ

Rusiya prezidenti Vladimir Putin Aleksandr Kalaşnikovu Federal Penitensiar Xidmətin (FSIN) rəhbəri vəzifəsindən uzaqlaşdırıb.

KONKRET.az xəbər verir ki, dövlət başçısının müvafiq sərəncamı Kremlin saytında dərc olunub.

“Kalaşnikov Aleksandr Petroviç Cəzaların İcrası üzrə Federal Xidmətin direktoru vəzifəsindən azad edilsin”, – prezidentin sərəncamının mətnində deyilir.

Qeyd olunur ki, Rusiya liderinin bu fərmanı imzalandığı gündən qüvvəyə minir.

Dövlət başçısı daha bir sərəncamla general Arkadi Qostevi FSIN-in yeni rəhbəri təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*