Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ukrayna əvvəlcə Rusiyanın pasxa bayramı ilə bağlı atəşkəs təşəbbüsünü rədd edib, lakin sonradan “kənar təzyiqlər” nəticəsində bu təklifə razılıq verib.
KONKRET.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
“Biz ilkin reaksiyanı gördük, düşünürəm ki, hamı bunu müşahidə etdi. Onların yayımladığı bəyanatda bu təşəbbüs insanların taleyi və həyatı ilə oyun kimi təqdim olunurdu. Amma görünür, kimlərsə – yəqin ki, xarici kuratorlar – onlara başa saldı ki, belə təşəbbüsləri rədd etmək Kiyev rejimi üçün uduzmaq deməkdir. Və onlar dərhal razılaşdılar,” – deyə Rusiya Prezidenti vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az