“Putin müharibəni bitirmək istəyir və bunu bir neçə əlamət göstərir”.
KONKRET.az xəbər verir ki, bunu Ukraynanın Prezident Aparatı rəhbərinin müşaviri, hərbi ekspert Aleksey Arestoviç deyib. O, Rusiya Prezidenti Vladimir Putinin Ukraynada müharibəni dayandırmağa artıq hazır olduğunu göstərən bir neçə əlaməti sadalayıb.
- “Onlar müharibəni bitirmək istəyirlər, çünki döyüş meydanında məğlubiyyətlərin və iqtisadiyyatı darmadağın edən sanksiyaların birləşməsi Rusiya Federasiyasının özündə ictimai-siyasi vəziyyəti şübhə altına alır”, – deyə Aretoviç bildirib.
O qeyd edib ki, ruslar səkkiz əməliyyat zonasından altısında uduzublar.
- “İndi onların əsas narahatlığı Putinin Zelenski ilə görüşə ən azı bir növ güc mövqeyi ilə gəlməsidir. Heç olmasa haranısa götürsün, Mariupol, digər zonalar, hara olur-olsun, heç olmasa ciddi təhlükə yaransın. Çünki Putin olan yerdə qələbə var, o, məğlub olmağa tab gətirə bilməz”, – deyə Arestoviç qeyd edib.
Yermakın müşaviri də əmindir ki, Putin özünə qarşı saxta sui-qəsd oyunu quraraq, məğlubiyyətinə görə ətrafını günahlandırmağa hazırdır.
“Nə qədər ki, onlar Mariupolu ala biləcəkləri illüziyasına malikdirlər, onlar JFO zonasını mühasirəyə ala bilərlər. Putin məğlubiyyəti və onun rəsmiləşdirilməsi şərtləri barədə sövdələşməyə gedəcək”, -deyə Arestoviç vurğulayıb.
Xuraman Etibarlı,
KONKRET.az
