Putin Nazarbayevə vəd verdi: Geri veriləcəkbackend

Putin Nazarbayevə vəd verdi: Geri veriləcək

30 iyunda Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı Nursultan Nazarbayev ondan qazax xalqının son xanı Kenesarının qəbrinin tapılıb, qaytarılmasını xahiş edib.

KONKRET.az xəbər verir ki, bu məlumatı Qazaxıstan eks-prezidenti Nursultan Nazarbayevin mətbuat xidməti yayıb.

Məlumata görə, Putin Nazarbayevi əmin edib ki, bu işdə Qazaxıstan tərəfinə hərtərəfli kömək göstəriləcək.

Qeyd edək ki, Kenesarı xan Qazaxıstanın son xanı olub. O, 1837-1847-ci illərdə Rusiya imperiyasına qarşı azadlıq mübarizəsi aparıb. 1847-ci ildə o, Qırğızıstanın indiki ərazisində mühasirəyə alınıb və başı kəsilərək öldürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*