Putin-Paşinyan görüşündə hansı məsələlər müzakirə ediləcək? – Kreml AÇIQLADIbackend

Putin-Paşinyan görüşündə hansı məsələlər müzakirə ediləcək? - Kreml AÇIQLADI

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aprelin 19-da baş tutacaq görüşün gündəliyi açıqlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, tərəflər Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında Qarabağ üzrə razılaşmaların icrasını, o cümlədən regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə tədbirləri müzakirə edəcək.

Dövlət başçıları Rusiya-Ermənistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının aktual məsələləri ətrafında da fikir mübadiləsi aparmağı planlaşdırırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*