“Rusiya ilə Ermənistan arasında müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi iki ölkənin qardaş xalqlarının maraqlarına cavab verir”.
KONKRET.az xəbər verir ki, bu fikirləri Rusiya lideri Vladimir Putin Ermənistanın müstəqilliyinin 30-cu ildönümü ilə bağlı baş nazir Nikol Paşinyan və prezident Armen Sarkisyana göndərdiyi teleqramda bildirib: “Ermənistanla münasibətlər yaxşı dostluq ənənələrinə, mədəni və mənəvi yaxınlığa əsaslanır. Bu münasibətlərin müttəfiqlik ruhunda daha da inkişaf etməsi, qardaş xalqlarımızın əsas maraqlarına cavab verir” – Putin vurğulayıb.
Rusiya prezidenti iki ölkənin Avrasiya İqtisadi Birliyi (EAEU), Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və MDB çərçivəsində müxtəlif sahələrdə sıx əməkdaşlıq və konstruktiv qarşılıqlı əlaqələr qurduğunu qeyd edib.
Müşviq Tofiqoğlu
KONKRET.az
