“Putin Ukraynanı üç günə ələ keçirməyi planlaşdırıb”.
KONKRET.az “Unian”a istinadən xəbər verir ki, bu barədə Ukraynaya əsir düşən rusiyalı hərbçilər deyiblər. Onlar Ukrayna hərbçilərinə könüllü təslim olduqlarını və tibbi yardım istədiklərini bildiriblər.
Təslim olan rus işğalçılarından biri Putinin üç günə Ukraynanı ələ keçirəcəyini gözlədiyini deyib: “Bizə dedilər ki, marşrut üzrə yürüş edəcəyik. Üç günlük su və yemək götürdük. Üç günə düşərgəyə qayıtmalı idik”, – deyə rusiyalı əsir vurğulayıb. Hərbi əsir Ukraynada dinc sakinlərin öldüyünü dilə gətirib.
Ukraynalılar əsirləri ilkin tibbi yardım və yeməklə təmin ediblər. Əsirlərdən biri müharibəni dayandırmağa, və Rusiyanın təbliğatına inanmamağa çağırıb. O qardaşlarına təslim olmağı tövsiyə edib.
Qeyd edək ki, Ukrayna Prezident Administrasiyası rəhbərinin müşaviri Aleksey Aretoviç Rus hərbçilərinin kütləvi şəkildə silahlarını ataraq təslim olduqlarını və Rusiya sərhədlərinə doğru geri çəkildiklərini açıqlayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
