Putin Ukraynaya nüvə atsa, Azərbaycan bu təhlükələrlə üzləşəcək – ÖZƏL AÇIQLAMAbackend

Putin Ukraynaya nüvə atsa, Azərbaycan bu təhlükələrlə üzləşəcək – ÖZƏL AÇIQLAMA

Putinin dünyanı Ukraynaya nüvə silahı atacağı ilə hədələməsi hazırda ən çox müzakirə edilən mövzular sırasındadır. Kreml rəhbərinin nüvə silahından istifadə edib-etməyəcəyi ilə bağlı dəfələrlə yerli və beynəlxalq ekspertlər tərəfindən müxtəlif açıqlamalar verilib. Ancaq regiona yaxın  coğrafi mövqedə yerləşdiyimizi nəzərə alsaq, nüvə silahından istifadənin Azərbaycan üçün hansısa fəsadlar yaradıb-yaratmayacağı ciddi narahatlıq doğurur.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert, ehtiyatda olan zabit Tərlan Eyvazov bildirib ki, Putin nüvə silahından istifadə etmək fikrinə düşsə belə, öncə Təhlükəsizlik Şurası buna qərar verməlidir. Daha sonar müdafiə naziri, Baş Qərərgah rəisi və bu struktura daxil olan şəxslərin razılığı olmalıdır: “Ona görə də, əmr verilsə belə, onun yerinə yetiriləcəyi böyük sual altındadır. Digər tərəfdən bütün tərəflərin razılığı alınsa da, Putin böyük gücə malik olan nüvə silahından istifadə etməyəcək. Yalnız dünyanı qorxutmaq məqsədi ilə zəif gücə malik nüvə başlığı atacaq. Hər bir halda sivil düşüncə qalib gələcək və Putin nüvədən istifadə etmək istəsə belə, artıq hakimiyyətlə vidalaşmalı olacaq”.

Tərlan Eyvazovun sözlərinə görə, Ukraynaya nüvə silahının atılmasının Azərbaycana heç bir təsirinin olmayacağını demək doğru deyil: “Bu silahdan istifadə Azərbaycanda dağıntılarla nəticələnməyə bilər. Lakin silahın fəsadları təkcə dağıntılardan ibarət deyil. Onun radiasiyası, zəlzələ yaratmaq effekti, istehsalata təsiri, şüalarının külək vasitəsi ilə yayılması və digər bu kimi fəsadları ola bilər. Amma bütün bunlara rəğmən bizim daha az fəsadlarla qurtulmağımız mümkündür. Lakin nüvə silahından istifadə Avropa üçün daha böyük fəsadlara yol aça bilər. Ona görə də, düşünürəm ki, dünya dövlətləri Putinə o knopkanı basmağa imkan verməyəcək”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*