Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Szinpin çoxqütblü dünyanın qurulması ilə bağlı birgə bəyannamə qəbul ediblər.
KONKRET.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Məlumata görə, ikitərəfli sənədlərin imzalanma mərasimi Putin və Si Sinpin arasında Pekində aparılan danışıqlardan sonra baş tutub:
“Görüşdən sonra liderlər Rusiya-Çin münasibətlərinin daha da gücləndirilməsi və dərinləşdirilməsi barədə birgə bəyanat qəbul ediblər. Bununla yanaşı, Putin və Si Szinpin daha bir konseptual sənəd – çoxqütblü dünyanın və yeni tipli beynəlxalq münasibətlərin inkişafı haqqında birgə bəyannamə imzalayıblar”.
