“Konstitusiya icazə versə də, 2030-cu ildə namizədliyimi irəli sürüb-sürməyəcəyimi demək üçün hələ tezdir”.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Sabaha, o biri günə qədər və qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün kifayət qədər sağlamlığımız olub-olmayacağını yalnız Allah bilir”, – deyə Rusiya lideri siyasi planları ilə bağlı sualı cavablandırarkən bildirib.
