Putindən Gürcüstanı qəzəbləndirəcək addım: “Bunu davam etdirəcəyik”backend

Putindən Gürcüstanı qəzəbləndirəcək addım: “Bunu davam etdirəcəyik

Rusiya Prezidenti Vladimir Putin Gürcüstanın işğal edilmiş Abxaziya bölgəsindəki separatçıların başçısı Aslan Bjaniyaya “Qələbə və müstəqillik günü” münasibətilə təbrik teleqramı göndərib.

KONKRET.az xəbər verir ki, Putin təbriklərində iki ölkə arasındakı əlaqələrin müttəfiqlik və strateji tərəfdaşlıq ruhunda inkişaf etdiyini vurğulayıb.

“Rusiya təxirəsalınmaz iqtisadi və sosial problemlərin həllində, eləcə də milli təhlükəsizliyin təmin edilməsində abxaz dostlarına hərtərəfli yardım göstərməyə davam edəcək”, – Putin qeyd edib.

Rusiya işğal edilmiş Abxaziyanın “müstəqilliyini” 2008-ci ildə tanıyıb./teleqraf/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*