“Putinin bir sıra çıxışlarına diqqət yetirdikdə, Rusiya liderinin hələ ciddi addımlar atmadığını görə bilirik. Məsələn, Kreml rəhbəri “ümumilikdə, biz hələ ciddi heç nəyə başlamamışıq”, “ölkədə dinc həyat yaşanır”, “sosialist ideyasında heç bir qəbahət yoxdur”, “bizim ABŞ-ın özündə və Avropada çoxlu tərəfdarlarımız var” deməklə sanki “təhlükəli oyun”un hələ başlamadığına işarə edir”.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mediasında dərc edilən məqalədə deyilir.
Müəllifin fikrincə bu cür çıxşları ilk növbədə Qərb “tərəfdaşlarına” xəbərdarlıq kimi xarakterizə etmək mümkündür. Çünki münaqişənin daha da kəskinləşəcəyi təqdirdə Rusiya həm iqtisadiyyatda, həm də siyasətdə sərt səfərbərlik ssenarilərini həyata keçirəcək.
“İndoneziyada keçirilən G20 ölkələrinin xarici işlər nazirlərinin sammitində ABŞ və müttəfiqlərinin dünyanın digər dövlətlərini Rusiyanı qınamaq və “təcrid etmək” təhrikləri ilə bağlı cəhdləri uğursuz oldu. Rusiya XİN rəhbəri Sergey Lavrovun bu sammitdə iştirakı konstruktiv oldu və “sanksiya tətbiq edən” ölkələr xaric digər dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə töhfə verdi” – müəllif vurğulayıb.
“Rusiya Hərbi Dəniz Qüvvələrinə qəbul edilən ilk nüvə sualtı qayığı “Belqorod”, tədqiqat gəmisi kimi təyin edilmiş “Poseydon” super-torpedalarının müntəzəm daşıyıcısı Dünya Okeanında vəziyyəti Kremlin xeyrinə əhəmiyyətli dərəcədə dəyişir. “Poseydon”lar, yeni Sarmat qitələrarası raketləri və hipersəs silah sistemləri kompleksi sayəsində Rusiya tərəfi bütün obyektləri məhv etmək imkanına malikdir” – müəllif fikirlərini tamamlayır.
Müşviq Tofiqoğlu,
KONKRET.az
