Putindən Qərbə XƏBƏRDARLIQbackend

Putindən Qərbə XƏBƏRDARLIQ

Qərbin Rusiyaya qarşı sanksiyaları onları tətbiq edən ölkələrin iqtisadiyyatına zərbə vurur, həmçinin qlobal böhrana səbəb olur.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin iqtisadi məsələlərlə bağlı keçirilən iclasda deyib.

“Bu sanksiyalar əsasən qlobal böhrana səbəb olur. Onların müəllifləri uzaqgörən, şişirdilmiş siyasi ambisiyaları, rusofobiyanı rəhbər tutaraq daha çox öz milli maraqlarına, öz iqtisadiyyatlarına, vətəndaşlarının rifahına zərbə vururlar. Bunu Avropada inflyasiyanın kəskin artımından da görmək olar: bəzi ölkələrdə bu, artıq illik 20 faizə yaxınlaşıb, bütövlükdə Avrozonada isə əmtəə qiymətləri 11 faizdən çox artıb.

Aydındır ki, obyektiv iqtisadi qanunlara görə, sanksiya vəsvəsəsinin davam etməsi, əgər belə deyə bilərəmsə, istər-istəməz Avropa İttifaqı, onun vətəndaşları, eləcə də onsuz da aclıq riski ilə üzləşmiş ən yoxsul ölkələr üçün həlledilməz nəticələrə gətirib çıxaracaq” – Rusiya lideri qeyd edib.

Putin son iki ayda Rusiya hakimiyyətinin iqtisadi vəziyyətlə bağlı bir sıra görüşlər keçirdiyinə diqqət çəkib: “Hökumət üzvləri, Federasiyanın təsis qurumlarının rəhbərləri, Mərkəzi Bankın rəhbərliyi, biznes nümayəndələri ilə birlikdə biz iqtisadiyyatın dayanıqlı inkişafını təmin etmək üçün ardıcıl plan həyata keçiririk. Rusiyaya qarşı sanksiyaların qlobal nəticələrinin, o cümlədən bir sıra dövlətlərdə mümkün qıtlığın günahı öz hökmranlığı üçün dünyanın qalan hissəsini qurban verməyə hazır olan Qərb ölkələrinin üzərinə düşür. Bir sıra dövlətlər artıq aclıq riski ilə üzləşib”.//Publika

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*