Putindən teleqramla bağlı gözlənilməz QƏRARbackend

Putindən teleqramla bağlı gözlənilməz QƏRAR

Rusiya Prezidenti Vladimir Putin bir ay ərzində teleqramın Rusiya analoqunun yaradılması barədə əmr verib.

KONKRET.az xəbər verir ki, məlumatı Rusiya xüsusi xidmət orqanlarına yaxın teleqram kanalları yayıb.

Məlumata görə, yeni messencerə bütün məmurlar, hərbçilər, xüsusi xidmət orqanları keçid edəcəklər. Yeni messencerin yaradılmasını Putin Rəqəmsal İnkişaf Nazirliyi, Müdafiə Nazirliyi, Federal Təhlükəsizlik Xidmətinə tapşırıb.

Qeyd edək ki, Teleqramın rəhbəri Pavel Durov Fransada həbs edilib. Ondan Teleqramın bəzi şifrələnmiş mesajlarına giriş tələb edilir. /Globalinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*