“Bu gün Rusiya Prezidenti Putinin çevrəsində onu devirə biləcək adam yoxdur”.
KONKRET.az xəbər verir ki, bu fikri jurnalist Dmitri Qordona müsahibəsində keçmiş sovet kəşfiyyatçısı, Putinin “KQB” İnstitutunda qrup yoldaşı olmuş Yuri Şvets deyib. O bildirib ki, Putinin hazırkı ətrafı onu devirməyə risk etməyəcək.
Onun fikrincə, Putin ətrafında baş verəhlər mənfi kadr seçiminin nəticəsidir.
- “O, insan deyil, əclafdlır. “Solğun Güvə”, “Siqaret kötüyü” və “Botoks” onun ləqəbləridir. Belə insanlar öz mühitlərində daha ağıllı, güclü olanları saxlaya bilməzlər. Bu adamlar onun üçün təhlükəlidirlər. Ona görə də onun bütün müavinləri, ətrafı ondan da betərdir. Onlar isə ondan da pisdir və s.”, – Şvets vurğulayıb.
O, həmçinin son iclaslarda iştirak edən və Ukraynaya qarşı təcavüzə “səs verən” Rusiya Federasiyası Təhlükəsizlik Şurasının üzvlərini də xatırladıb.
- “Görürsünüz, orada kimlər var idi. Hamısı yaramazlar, sadəcə boz siçanlar. Dövlət çevrilişini düşünmək və təşkil etmək üçün dəmir faberje lazımdır ki, məsuliyyəti öz üzərinə götürə. Bunu mübarizə nəticəsində hakimiyyətə gələcək insanlar edə bilərdi. Bunları isə Putin qarışıq küçədən yığıb gətiriblər. Ora belə adam lazım idi, dövlət xadimi yox. Yeltsin ailəsinin var-dövlətini qoruyub saxlayacaq itaətkar bir insan lazım idi. Vəssalam”, – deyə keçmiş kəşfiyyatçı bildirib.
Şvets proqnozlaşdırıb ki, Putin nüvə silahından istifadə etmək qərarına gələrsə, onu devirmək ehtimalı ortaya çıxacaq. Var-dövlətini itirmək təhlükəsi altında Kreml rəhbərinin ətrafından olan adamlar onu aradan götürə bilər.
Qeyd edək ki, bu gün səhər saatlarında Ukrayna kəşfiyyatı Rusiya ordusu və xüsusi xidmət orqanlarının Ukraynadakı müharibənin birinci mərhələsindəki uğursuzluqlardan sonra şəxsi heyətin işdən çıxarılması barədə məlumat yayıb. Bir çox komandirlər və rəislər vəzifələrini itiriblər.
Xuraman Etibarlı,
KONKRET.az
