Putinin gizli bunkeri qarət edildi  – Kreml təşvişdəbackend

Putinin gizli bunkeri qarət edildi – Kreml təşvişdə

Rusiyada gizli məlumatların saxlanıldığı bir hökumət bunkeri qarət edilib.

KONKRET.az xəbər verir ki,  bu barədə Ukaynanın “Vesti-ua” xəbər portalı məlumat yayıb.

Oğrular Moskva yaxınlığındakı hökumət rabitə bunkerini qarət ediblər. Bunkerdə Federal Mühafizə Xidmətinin (FMX) xüsusi rabitə vasitələrinin təhlükəsizliyini təmin edən texnikası quraşdırılmış olub. Bundan əlavə, “Rostelecom” telefon stansiyasının arxivləri bunkerdə olub.

Xəbərdə deyilir ki, etibarlı mənbələrdən alınan məlumata görə, Rusiya Federasiyasında yerləri bilinməyən 12 belə məxfi rabitə bunkeri var. Jurnalistlərin fikrincə, həmin bunkerlərin hamısı yerin altındadır. Onlar hesab edir ki, gizli bazaların yeri barədə  yalnız yerli insanlar bilə bilər. Oğruları Moskva yaxınlığındakı həmin obyektlərdən birinə yönləndirən də məhz yerli sakinlər olub. Bu bunker həm də onunla fərqlənir ki, orada müharibə vəziyyətində qoşunlara komandanlıq etmək üçün bir hərbi qərargahın yerləşdirilməsi mümkündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*