Putinin köməkçisi istefa verdi: “Meditasiya ilə məşğul olacam”backend

Putinin köməkçisi istefa verdi: "Meditasiya ilə məşğul olacam"

Rusiya prezidenti Vladimir Putinin köməkçisi, Kremlin “boz kardinal”ı sayılan Vladislav Surkov dövlət qulluğundan istefa verib.

KONKRET.AZ “Meduza”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Surkova yaxın olan Siyasi Konyektur Mərkəzinin direktoru Aleksey Çesnakov verib.

Mərkəzin direktoru Vladislav Surkovun yaxın ayda meditasiya ilə məşğul olacağını, sonra isə qərarının səbəbini açıqlayacağını bildirib.

A.Çesnakovun sözlərinə görə, Surkov vəzifəsini Ukrayna istiqamətində kursun dəyişməsinə görə tərk edib.

“Exo Moskvı” qəzetinin baş redaktoru Aleksey Venediktov isə bildirib ki, Prezident Administrasiyasında Ukrayna məsələsinə Surkovun yerinə keçmiş baş nazir müavini Dmitri Kozak baxacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*