Putinin sözçüsündən ABŞ və NATO ilə bağlı Polşaya SƏRT XƏBƏRDARLIQbackend

Putinin sözçüsündən ABŞ və NATO ilə bağlı Polşaya SƏRT XƏBƏRDARLIQ

“Polşa Baş nazirinin müavini, Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Yaroslav Kaçinskinin Varşavanın öz ərazisində Amerika nüvə silahlarının yerləşdirilməsinə açıq olması ilə bağlı bəyanatları qitədə gərginliyin daha da artmasına səbəb ola bilər”.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

Peskov qeyd edib ki, son vaxtlar Polşa rəhbərliyinin xətti bütövlükdə “dərin narahatlığa səbəb olur”:

“Polşanın siyasi xətti son dərəcə döyüşkəndir, anti-Rusiyadır”.

Qeyd edək ki, aprelin 3-də Almaniyanın “Welt am Sonntag” qəzetinə verdiyi müsahibədə Yaroslav Kaçinski Polşanın ABŞ-ın nüvə silahlarına ev sahibliyi etməyə açıq olduğunu bildirib. O, həmçinin ölkədə NATO-nun yeni komanda mərkəzinin yaradılmasına çağırıb.

Xatırladaq ki, Yaroslav Kaçinski “Sieci” jurnalına verdiyi açıqlamada Smolenskdəki təyyarə qəzasında Polşa Prezidenti Lex Kaçinskinin ölümü ilə bağlı Rusiyanı günahlandırıb.

 

Vəsilə İbrahim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*