Putinin Trampa verdiyi 1500 dollarlıq hədiyyəbackend

Putinin Trampa verdiyi 1500 dollarlıq hədiyyə

ABŞ Federal Reyestr xidməti 2018-ci ildə federal orqan əməkdaşlarının xarici hökumət rəhbərlərindən aldığı hədiyyələrin siyahısını dərc edib.

KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, siyahıda ABŞ Prezidenti Donald Trampla xanımı Melaniya Trampın da adı var.

Sənədə əsasən, amerikalı lider Rusiya Prezidenti Vladimir Putindən Rusiyada keçirilən Futbol üzrə Dünya Kubokuna həsr olunmuş, 1500 dollar dəyərində 12 gümüş pul sikkəsi hədiyyə alıb.

Fransa Prezidenti Emmanuel Makron isə Trampa dəyəri 8 min dollardan çox olan “Louis Vuitton” çantası bağışlayıb.

Kanadanın Baş Naziri Castin Tryudo ABŞ prezidentinə 470 dollarlıq beluqa balinasının təsvir olunduğu mərmər heykəl hədiyyə edib.

Trampların aldığı ən bahalı hədiyyənin dəyəri isə 23,5 min dollarlıq 6 ədəd Nimfenburq çini boşqablarıdır. Bu hədiyyəni Melaniya Trampa Qətər əmiri Tamim ben Hamad Əli Taniu bağışlayıb.

Bundan başqa, Fransanın birinci xanımı Bricit Makron Melaniya Trampa 850 dollarlıq “Givenchy”dən klaç, Misir Prezidenti Əbdül Fəttah əs-Sisi “Shosha Kamal” dizayn evindən 10 min dollarlıq kreslo, Livanın ABŞ-dakı səfiri Qabriel İssa 450 dollarlıq tunik hədiyyə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*