backend

"Putinin yaratdığı "Kollektiv Təhlükəsizlik Təşkilatı" Sovet İttifaqının yaratdığı "Varşava müqaviləsi"nin mini formasıdır"

“Varşava müqaviləsi”ndən bu müqavilədən istifadə edən Sovetlər 1956-cı ildə Macarıstanı, 1968-ci ildə Çexslovakiyanı işğal etdilər, Sovetə qarşı çıxanlara divan tutdulr. 1988-ci ildə isə artıq Polşanı işğal etməyin astanasında idilər…”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Gələcək Azərbaycan Partiyasının sədri Rəsul Quliyev bildiirib. Onun sözlərinə görə, “Azərbaycan xoşbəxtlikdən bu mini Varşava müqaviləsinin üzvü deyil. Hər dəfə bu məsələ qalxanda Azərbaycan “Ermənistan torpaqlarımızı azad etməsə, biz bu təşkilatın üzvü ola bilmərik” cavabını verirdi. İndi Azərbaycan özü torpaqlarını azad edib və beynəlxalq aləmdə nüfuzu qat-qat artıb. Bu səbəbdən də qüdrətli Azərbaycanı bu mini müqaviləyə daxil etmək Putinin xəyali arzusudur.

Ancaq bu bizim üçün çox böyük təhlükə olar. Düşünürəm ki, Azərbaycan Respublikası Milli Məclisi Azərbaycanın hərbi bloklara qoşulması məsələsini müzakirə etməli və ölkə üçün bloklara qoşulmamaq haqqında qanunu qəbul etməli, Prezidentə imzaya göndərməlidir. Bu dövlətimiz üçün çox vacib bir addım olardı…“.

Natiq Səlim,

KONKRET.az

  • Garachanta
    May 28, 2021 - 13:20

    Azərbaycanda bir çox siyasilər hələ də rus gavurlarını reklam etməklə məşğuldurlar. Rus və İran gavurları hər vəchlə dövlətimizi tələyə salmaq istəyirlər. Onlar bilsinlər ki, MİLLƏTİMİZ belə KTMT və s. kimi oyunlara heç vaxt getməyəcək. Bizim bir Tək Qardaşımız Türkiyə və Bir Də Böyük Allahımız Var!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*