Rusiya Prezidenti Vladimir Putinlə Almaniya Kansleri Olaf Şolts arasında danışıqlar başa çatıb.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, Moskvada keçirilən danışıqlar 3 saatdan çox çəkib.
Görüş zamanı iki ölkə lideri Ukrayna məsələsi ətrafında yaranmış durumu müzakirə edib.
***
14:57
Moskvada Rusiya Prezidenti Vladimir Putin və Almaniyanın kansleri Olaf Şolts arasında görüş başlayıb.
KONKRET.az xəbər verir ki, danışıqlar Fransa Prezidenti Emmanuel Makronla görüşdə olduğu kimi uzun masa arxasında keçirilir. Belə təxmin edilir ki, Şolts da Fransa Prezidenti kimi Rusiyada PCR-test verməkdən imtina etdiyi üçün görüş uzun masa arxasında baş tutub.
Rusiya Prezidenti Almaniyanın yeni kansleri ilə ilk görüşdə nitqinə belə başlayıb:
“Sizinlə görüşməyə şadam, Almaniya Rusiyanın prioritet tərəfdaşlarından biridir, enerji əməkdaşlığımızın vacib sahələrindən biridir”.
