“Putinlə müsahibəni redaktə etmədən sayta yerləşdirəcəm” – Amerikalı jurnalistbackend

"Putinlə müsahibəni redaktə etmədən sayta yerləşdirəcəm" - Amerikalı jurnalist

Bu yaxınlarda Rusiyaya səfər edən amerikalı jurnalist Taker Karlson Rusiya lideri Vladimir Putindən müsahibə alıb.

KONKRET.az xəbər verir ki, müsahibənin baş tutduğunu Amerikanın “Newsweek” nəşri yazıb.

Taker Karlson Rusiya prezidenti Vladimir Putinlə müsahibəsinin redaktə edilmədən saytda yerləşdiriləcəyinə söz verib. O, bu barədə X sosial şəbəkəsində yazıb.

“Hər kəs Putinlə görüşü redaktə etmədən saytda pulsuz olaraq tam versiyada izləyə biləcək”,  – deyə amerikalı jurnalist qeyd edib.

Bundan əlavə, Karlson Ağ Evin Putinlə müsahibəni pozmaq üçün bir neçə dəfə cəhd edtiyini açıqlayıb.

Qeyd edək k i, Karlson “Fox News”un aparıcısı və “Amerikanın Səsi* radiousunun keçmiş direktoru olub. O, müntəzəm olaraq prezident Putinə rəğbətini ifadə edib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*