QADIN ÖLÜMLƏRİNDƏ qatillər yaxın ətrafda AXTARILIR – Tükürpədici REALLIQbackend

QADIN ÖLÜMLƏRİNDƏ qatillər yaxın ətrafda AXTARILIR - Tükürpədici REALLIQ

Dünyada hər saat 5 nəfərdən çox qadın öldürülür.

KONKRET.az xəbər verir ki, bu, Birləşmiş Millətlər Təşkilatının (BMT) hazırladığı hesabatda yer alıb.

Mənzilin son mənzilə çevrilməsi

BMT-nin məlumatına görə, əksər qadınların öldürüldüyü yer elə onların yaşadığı evdir. Bir faktı qeyd edim ki, 2017-ci ildə qətlə yetirilən 87 min qadının yarısının həyatına ən yaxın bildiyi insanlar qıyıb. 30 min qadın ya həyat yoldaşı, ya da birgə yaşadığı insan tərəfindən öldürülüb, 20 mininin əcəli isə qohumlarından gəlib.

• Ümumi kişi qətli qadınlardan 4 dəfə çoxdur.

Qadın qətllərini, əsasən ya keçmiş, ya da sonrakı həyat yoldaşı, sevgilisi, nişanlısı, qardaşı, atası və digər yaxın qohumları həyata keçirir. Qadınların qohumları tərəfindən öldürülməsi ən çox Asiya ölkələrində yaşanır.

– Hər il ailəsinin razılığı olmadan sevdiyinə ərə gedən yüzlərlə qadın öldürülür.
– Doğmalarının məsləhət bildiyi insanla ailə quran qadınların da qətli az deyil.

• Kişilərin həyat yoldaşı tərəfindən qətlinin çoxuna səbəb qadınların ər zorakılığından cana doyması, ölüm qorxusu ilə özünümüdafiə instinktindən istifadə etməsidir. Səbəblər arasında qısqanclıq da var.

Mütəxəssislərin fikrincə, qadınların ölümü 8 müxtəlif mərhələdə baş verir:

1. Daha əvvəlki münasibətlərində qatil tərəf müqabili nəzarət və zorakılığa çalışıb;
2. Əlaqələr sürətlə inkişaf edir və tez ciddiləşir;
3. Belə münasibətlərin əsasını qatil tərəf müqabilinin məcburi senzurası təşkil edir;
4. Tərəf müqabili xanıma nəzarətinin itdiyini hiss edərsə, yaxud qadın bu əsarətdən qurtulmaq istəyərsə, qətl təhdidləri artır;
5. Qatil tərəf müqabili nəzarəti gücləndirir, hədə-qorxunu artırır. Hətta özünəqəsdlə xoflandırmağa çalışa bilər;
6. Qatil olacaq partnyor taktikasını dəyişir və qorxutmaq yerinə xanımını öldürmək planları cızır;
7. Bundan sonra isə o, silah ala bilər, yaxud həyat yoldaşı ilə baş-başa qalmaq imkanları axtarır;
8. Nəzarətə meylli insan tərəf müqabilini öldürə bilər. Bu halda qətl edilən qadının uşaqları da təhlükə altındadır.

Belə! Qadınların ailə işi get-gedə çətinləşir. Düzü, kişilər üçün də asan deyil.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*