Azərbaycan Qafan-Çaqaten avtomobil yolunda yeni keçid məntəqəsi quraşdıracaq.
KONKRET.az erməni KİV-inə istinadla xəbər verir ki, Bakı noyabrın 15-dən etibarən Qafan-Çaqaten avtomobil yolunun Azərbaycan ərazisindən keçən hissəsində yeni keçid məntəqəsi yerləşdirəcək.
Ermənistan tərəfi də analoji tədbirlər görəcək, Ermənistan Milli Təhlükəsizlik Xidməti bu barədə məlumat yayıb.
“Noyabrın 15-i saat 00:00-dan etibarən Qafan-Çaqaten yolunun Azərbaycanın nəzarətində olan hissəsində Azərbaycan tərəfi sərhəd-gömrük nəzarəti üçün buraxılış məntəqəsi yerləşdirəcək”, – məlumatda deyilir.
Xuraman Etibarlı
KONKRET.az
