“Qalatasaray” klubu Fransa birinci liqa klubunun 21 yaşlı futbolçusunu transfer etmək üçün 9 milyon avro ödəyib.
KONKRET.az xəbər verir ki,21 yaşlı sağ cinah müdafiəçisi Quila Doui “sarı-qırmızılar”ın Avstriyadakı təlim-məşq toplanışlarına qatılacaq.
Futbolçu ilə dördillik müqavilə imzalanıb və Doui illik 1,2 milyon avro maaş alacaq.
Qeyd edək ki, “Qalatasaray”ın baş məşqçisi Okan Buruk futbolçunun bu həftəsonunadək komandaya qatılmasını tələb edib.