“Qalatasaray”dan üzücü xəbər backend

"Qalatasaray"dan üzücü xəbər 

“Monako” futbol komandasının hücumçusu, “Qalatasaray”da icarə əsasında çıxış edən Henri Onyekuru malyariyaya yoluxub.

KONKRET.az bu barədə Türkiyə klubunun rəsmi saytına istinadən xəbər verir.

“Müəyyənləşib ki, bizim komandamızın oyunçusu Henri Onyekuru müqaviləmizdən əvvəl məzuniyyətə getdiyi Nigeriyada – öz vətənində malyariya virusuna yoluxub. Futbolçunun sağlamlıq vəziyyətinin tibbi müayinəsi vaxtı xəstəliyin əlamətlərini göstərən heç bir əlamət aşkar edilməmişdi. Oyunçu özü bir gün əvvəl müşahidə edilən yüksək temperaturun səbəbini aşkar etmək üçün müayinədən keçməkdə təkid edib. Müalicə beynəlxalq protokollar, həm də Səhiyyə Nаzirliyi tərəfindən göstəriş verilmiş protokollarla yüksək diqqət altında aparılır. İctimaiyyətə müalicə prosesinin gedişi və oyunçumuzun sağlamlıq vəziyyəti haqqında məlumat veriləcək”, – “Qalatasaray”ın açıqlamasında deyilir.

Qeyd edək ki, “Qalatasaray” “Monako”nun futbolçusunu bu ay transfer edib. İyirmi iki yaşlı hücumçu mövsümün sonunadək icarəyə götürülüb. Nigeriyalı hücumçu “Monako”ya ötən ilin yayında İngiltərənin “Everton” klubundan 13,5 milyon avroya keçib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*