Qan azlığından əziyyət çəkənlər üçün vacib MƏSLƏHƏTbackend

Qan azlığından əziyyət çəkənlər üçün vacib MƏSLƏHƏT

Qan azlığı çəkənlər yaxşı bilir, bu problem səbəbi ilə xüsusilə də qış aylarında insanın bədəni qızmaz. Hətta qalın geyinmək də çarə deyil.

KONKRET.az xəbər verir ki, qan azlığının əlamətləri vardır. Onların arasında rəngin solğunluğöu, səhərlər yorğun olmaq, gün ərzində halsızlıq, dırnaqların qırılması, əyilməsi, dildə düzləşmə, qızartı da var:

– Nəfəs çatışmazlığı, tez yorulma

– Əsəbi olmaq

– Ağız kənarında çatların yaranması

– Tez-tez xəstələnmək, immun sisteminin zəif olması

– Baş gicəllənməsi

– Həzm sisteminin pozulması

Qan artıran əsas qidalar aşağıdakılardır:

Quru üzüm – Qan azlığı probleminin ən əsas səbəblərindən biri bədəndəki qan dövranına dəstək olabiləcək qədər dəmir minerallarının tapılmamasıdır. Qan azlığı problemi yaşayırsınızsa gün ərzində bir ovuç quru üzümü tumu ilə birlikdə yeyərək bədəninizdəki dəmirin miqdarını artıraraq qan artımına dəstək ola bilərsiniz.

Ciyər – Protein baxımından zəngin olduğunu bildiyimiz ciyər, eyni zamanda dəmir bə B vitamini baxımından da olduqca zəngin ye ək maddələrindən biridir. Bu səbəbdən də qan azlığı probleminin aradan qaldırılmasında ilk sıralarda yer alır.

Mal əti – Gün ərzində 100 qr mal əti yeməklə gündəlik dəmir ehtiyacının 100 də 10-u ödəmək mümkündür. Qanı artırmaq üçün mal əti istifadə edərkən yağ nisbətimə və xolesterin riskinə diqqət etmək lazımdır.

Yulaf – Dəmirlə zəngin olan və ət kimi qırmızı qan hüceyrələrinin artmasına təsiri olan yulaf, selenyum, fosdor və maqnezium baxımından da əhəmiyyətli bir qida mənbəyidir.

İspanaq – İspanaqdakı dəmir zənginliyi ” Popeye” xaraqteri ilə bütün dünyaya əks olunan bir həqiqətdir. Zəngin dəmir tərkibi sayəsində ispanaq qırmızı qan hüceyrələrinin artmasına kömək edir.

Süd və süd məhsulları – Süd və süd məhsulları, tərkibindəki B12 vitamini sayəsində qırmızı qan hüceyrələrini qidalandırmaq və sayını artırmaq xüsusiyyətinə malikdir.

Nar – Nar antioksidanlarla zəngin bir qış meyvəsidir. Bədəndəki əzələ toxumalarının oksigenləşməsini və qan axınını artırır.

Soğan – Soğan, sarımsaqla birlikdə təbii antibiotik kimi bilinən qidalardan biridir. Soğan çox yaxşı bir antioksidan qaynağıdır. Qan axınını yaxşılaşdıraraq anemiya ilə mübarizə aparmağa kömək edə bilər.

Pomidor – Gün ərzində 1 stəkan təzə pomidorun suyunu içsəniz günlük dəmir ehtiyacınızın 30 %-ni qarşılaya biləsiniz.

Bəhməz – Bəhməz dəmir, kalsium fosfor, kalium ilə asan bəsləyici və enerji qaynağıdır. Dəmir tərkibi ilə qansızlığa qarşı çox gözəl gücləndiricidir. 20 qr bəhməzdə 20 mg dəmir var.

Darçın – Bədənin ümumi sağlamlığı üçün çoxsaylı faydaları olan darçın: qan damarlarının genişlənməsinə və qan axının yaxşılaşdırılmasına da kömək edə bilər.

Çuğundur – Təbii qaynaqlardan biri olan çuğundur nitratla zəngin bir qidadır. Buna görə də qan damarlarını rahatladıb, əzələ toxumasına qan axını artırmaq üçün faydalıdır. Çuğunduru həm bişmiş, həm çiy halda yeyə bilərsiniz. Şirəsini içmək çox faydalıdır.

Zərdəçal – Hindistan mətbəxinin və qış aylarının sevilən ədviyyatlarından biri olan zərdəçalın sağlamlığa bir çox faydası var. Çin tibbində ənənəvi olaraq bir çox sağlamlıq problemini müalicə etmək üçün istifadə edilən zərdəçal: qan dövranını yaxşılaşdırmağa və qan damarlarını açmağa çox köməkliyi var.

Qovun – Yaz mövsümünün ən məşhur meyvələrindən olan qovun B12 vitamini baxımından əhəmiyyətli bir qida qaynağıdır.

Tərkibindəki bu vitamin sayəsində qırmızı qan hüceyrələrinin yenilənməsini asanlaşdıran, ürək və damar sağlamlığını qoruyan, immunitet sistemini gücləndirməyə kömək edən, xərçəng riskini azaldan qovun, streslə mübarizədə əhəmiyyətli bir silah olaraq istifadə edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*