“Qanlı alma” ilə bağlı optik illüziya görənləri çaş-baş qoydu – FOTObackend

“Qanlı alma” ilə bağlı optik illüziya görənləri çaş-baş qoydu - FOTO

“KirasStar” ləqəbli “Reddit” istifadəçisi izləyiciləri çaş-baş qoyan alma şəkli yayımlayıb.

Paylaşım 70 mindən çox bəyənmə toplayıb.

Bu barədə Lenta.ru xəbər yayıb.

Optik illüziya səbəbindən bir çox istifadəçi meyvənin dişləndiyinin fərqinə varmayıb.

“Almanın ləti ilə qabığı eyni rəngdədir”, – deyə nəşr müəllifi yazıb.

Almanın şəklini görən bir çoxları təəccüblənib.

İstifadəçilərdən biri qabığın və lətin harada olduğunu dərhal anlamadığını, bunun üçün bir qədər vaxt sərf etdiyini yazıb.

Şərhlərdə əksəriyyət meyvəni nağıllardakı mənfi personajların istifadə etdiyi alma ilə müqayisə edib.

Digərləri isə meyvəni zarafatla “qanlı alma” adlandırıb.

“KirasStar” meyvəni iş yerində həmkarından aldığını və dadının digərlərindən fərqli olmadığını vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*