“Qarabağ”dan ayrılan Andrey Lunyovun yeni klubu bəlli olub.
KONKRET.az xəbər verir ki, təcrübəli qapıçı “Dinamo”ya keçib.
Bu barədə Moskva klubunun mətbuat xidməti məlumat yayıb.
Lunyovla 2+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Andrey Lunyov 2023/2024 mövsümündə “Qarabağ”da çıxış edib. 32 yaşlı qapıçı “Qarabağ”la Azərbaycan çempionatı və ölkə kubokunun qalibi olub. (Fanat.az)
