Qarabağ Dirçəliş Fondu auditdən keçəcək – RƏSMİbackend

Qarabağ Dirçəliş Fondu auditdən keçəcək - RƏSMİ

Qarabağ Dirçəliş Fondu “Praysvoterhauskupers Audit Azərbaycan” MMC (“PwC Azerbaijan”) ilə kənar audit xidmətinin göstərilməsi üzrə müqavilə imzalayıb.

KONKRET.az bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, sənədə qurumun İdarə Heyətinin sədri Rəhman Hacıyev və “PwC Azerbaijan”ın ölkə üzrə idarəedici Partnyoru Mövlan Paşayev imza atıb.

Müqaviləyə əsasən, Fondun Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (IFRS) uyğun hazırlanmış, 2021-ci il maliyyə hesabatlarının auditi həyata keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*