Qarabağ erməniləri İrəvan ermənilərindən 5 dəfə az ölüb – 44 GÜNÜN STATİSTİKASIbackend

Qarabağ erməniləri İrəvan ermənilərindən 5 dəfə az ölüb – 44 GÜNÜN STATİSTİKASI

II Qarabağ Müharibəsi Ermənistanın sarsıdıcı məğlubiyyəti ilə yanaşı, İrəvan və Qarabağ erməniləri arasında çoxdan yığılan problemləri də gün işığına çıxarıb.

KONKRET.az modern.az-a istinadən xəbər verir ki, rəsmi məlumatlara görə, müharibədə həlak olan və itkin düşən 4050 erməni hərbçisindən 82%-nin Ermənistandan olması ciddi narazılıq doğurub. Ölkə sakinləri hərbi əməliyyatların episentrində yerləşməsinə baxmayaraq, Qarabağ ermənilərindən yalnız 747 hərbçinin ölməsini onların kütləvi fərarilikdə ittiham olunması ilə nəticələnib.

Qarabağ erməniləri arasında ölən və yaralanan hərbçilərlə bağlı məlumat Ermənistan parlamentinin İnsan haqlarının qorunması və ictimai məsələlər üzrə komissiyasının iclasında açıqlanmışdı. Qarabağ separatçılarının Yerevandakı nümayəndəsi Sergey Kazaryan 44 günlük döyüşlər zamanı Qarabağdan olan 747 erməni hərbçinin öldüyünü açıqlamışdı.

Beləliklə, Ermənistanın rəsmi məlumatına əsasən, Qarabağ müharibəsində ölən və itkin düşən 4 012 hərbçidən 3 265 nəfəri Ermənistandan gətirilmiş hərbi qulluqçulardır. Bu isə müharibədə ölənlərin 82%-i deməkdir.

Amma müstəqil mənbələr və hərbi analitiklər Ermənistan ordusunun II Qarabağ Müharibəsində verdiyi itkilərin 6-7 min civarında dəyişdiyini və hakimiyyətin rəqəmləri azaltdığını vurğulayırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*