“Qarabağ” – “Marsel” oyunu üçün bilet satışı dayandırıldıbackend

“Qarabağ” – “Marsel” oyunu üçün bilet satışı dayandırıldı

Bakıda “Qarabağ” və Fransanın “Marsel” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu üçün bilet satışı dayandırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ağdam klubunun səhifəsində məlumat yayılıb.

Bildirilib ki, sistemdə aparılan yeniləmə işlərinə görə matça bilet satışı bu gün ərzində baş tutmayacaq.

Sabah saat 11:00-dan isə biletlər yenidən satışda olacaq.

Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda “Qarabağ” 1:3 hesabı ilə uduzub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*