backend

"Qarabağ "minalanmış" sahədir, biz bunu keçən il gördük, ehtiyatlı olmalıyıq" - Paşinyan

Qarabağ ermənilərinin hüquqlarının qorunması İrəvanın prioritetidir.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Litvanın erməni icmasının nümayəndələri ilə görüşdə deyib.

O bildirib ki, Ermənistanın suverenliyi, ərazi bütövlüyü, Qarabağ ermənilərinin hüquqlarının qorunması, o cümlədən “öz müqəddəratını təyin etmək hüququ” İrəvanın prioritetidir.

“Ancaq bilməliyik ki, çox diqqətli və ehtiyatlı olmağımız lazım olan “mina tarlası”ndan keçirik. Bu sahə həmişə “minalanmış” olub, ayrı bir məqam isə  “minaların konsentrasiyası”nın artmasıdır və biz bunu keçən payızda gördük”.

Paşinyan hesab edir ki, problemlərin həlli üçün çox səy tələb olunur və bunun zirvəsi dinc və sülh şəraitinidə inkişaf dövrü olacaq.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*