Qarabağ müharibəsindən sonra… – Qaribaşvilibackend

Qarabağ müharibəsindən sonra... - Qaribaşvili

Hamımız razılaşmalıyıq ki, Qarabağ müharibəsindən sonra bölgədə təhlükəsizlik mənzərəsi və hazırkı vəziyyət dəyişib.

KONKRET.az Report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Birinci kanalın efirində yayımlanan “Müstəqil baxış” proqramına müsahibəsində deyib.

Onun sözlərinə görə, Gürcüstan regionda Rusiyanın mövqeyinin güclənməsi və Qarabağ müharibəsindən sonra güc balansının dəyişməsini diqqətlə izləyir.

Baş nazir qeyd edib ki, bu gün Rusiya regionda mövqeyini gücləndirib: “Demək olar ki, Rusiya bölgəni əhatə edib. Biz bunu yaxşı başa düşürük, xüsusən də ona görə ki, ərazilərimizin 20 faizi Rusiya tərəfindən işğal edilib və bu faktı bizim dostlarımız, tərəfdaşlarımız tez-tez unudurlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*