Qarabağ qazisi koronavirusdan VƏFAT ETDİbackend

Qarabağ qazisi koronavirusdan VƏFAT ETDİ

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Mingəçevir şəhər filialının sədri, Birinci Qarabağ Müharibəsi iştirakçısı Nizami Təhməzov vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə deputat Aydın Mirzəzadə Feysbuk hesabında paylaşıb.

Deputat bildirib ki, N.Təhməzov koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, N.Təhməzov Birinci Qarabağ Müharibəsində yaralanaraq sağ qolunu itirib. Onun həyat yoldaşı da bir müddət öncə koronavirusdan vəfat edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*