Qarabağa səyahət etmiş gürcüstanlı bloger ermənilərə tutarlı cavab verib.
KONKRET.az Teleqram kanallarına istinadla xəbər verir ki, ermənilərin gülünc “biz torpaqlarımız qaytaracağıq” ifadəsinə görə, bu günlərdə Qarabağda olmuş Gürcüstanin tanınmış xanım blogerlərindən biri çox məntiqli cavabı ilə onları yerində otuzdurub.
Belə ki, xanım bloger ermənilərin absurd fikirlərini özünəməxsus cavablandırıb.
“Bu torpaqlar sizin nəyinizə lazım idi ki? Siz orada ümumiyyətlə nəsə tikmisiniz? Nəsə yaxşı bir iş görmüsünüzmü?
Mən bu yaxında Qarabağda olmuşam və orada heç nə görmədim… Əksinə, hər şey dağıdılıb, məhv edilib. 30 il az vaxt deyil, heç olmasa bircə dənə ağac əkərdiniz… Orada ancaq minalar var, hər yer minadır, mina, mina, mina…., başqa heç nə yoxdur! Sanki tələ-şəhərdir. Nəyinizə lazımdır, bu, sizə lazım deyil, unudun bu barədə!”- deyə, fikrini tamamlayıb.
Daha sonra o, Ağdamdan şəkil paylaşaraq, “Ağdam – Gələcəyin cənnəti!” sözlərini yazıb.
Həmin görüntüləri təqdim edirik:
Xuraman Etibarlı
KONKRET.az
