“Qarabağ”-“Sürix” matçının vaxtı bəlli oldubackend

"Qarabağ"-"Sürix" matçının vaxtı bəlli oldu

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi olan İsveçrə “Sürix”i cavab matçının vaxtını açıqlayıb.

KONKRET.az klubun rəsmi saytına istinadla xəbər verir ki, iyulun 27-də “Letsiqrund” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

İlk görüşün vaxtı isə hələ dəqiqləşməyib.

Qeyd edək ki, “Sürix” II təsnifat mərhələsində “Qarabağ” və Polşa “Lex”i arasındakı matçın qalibi ilə qarşılaşacaq. İlk görüş iyulun 5-də Poznanda, cavab qarşılaşması isə 1 həftə sonra Bakıda olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*