backend

Qarabağdakı ermənilər Azərbaycan pasportu istəyirlər - RƏSMİ AÇIQLAMA

“Qarabağa dönüş” İctimai Birliyinin sədri, deputat Tural Gəncəliyev ATƏT-in Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kari Henriksenlə videokonfrans formatında görüşüb.

KONKRET.az xəbər verir ki, bu barədə deputat özünün “Twitter” hesabında məlumat verib.

T. Gəncəliyev Xankəndinin deputatı kimi erməni əsilli vətəndaşların Azərbaycanda siyasi, iqtisadi və humanitar sahələrə reinteqrasiyasını təmin etmək üçün işləməkdə maraqlı olduğunu K. Henriksenin diqqətinə çatdırıb.

“Təbii ki, həm Azərbaycan Prezidenti, həm də digər hökumət təmsilçiləri bütün erməni əsilli vətəndaşlarımızın siyasi, iqtisadi və humanitar sahələrə reinteqrasiya olunmasını istədiklərini bəyan ediblər. Onlar Azərbaycan sərhədləri daxilində Konstitusiyada əks olunmuş bütün hüquqlardan yaralana biləcəklər. Mən bir deputat kimi Qarabağda Rusiya sülhməramlı qüvvələrinin nəzarət etdiyi ərazilərdə yaşayan ermənilərdən bu barədə çoxlu mesajlar alıram. Onlar Azərbaycan pasportunu əldə etmək üçün müraciət etmək istədiklərini bildirilər. Eyni zamanda, biz humanitar məsələləri həll etmək istərdik”, – T. Gəncəliyev qeyd edib.

  • Vuqar
    Oktyabr 8, 2021 - 20:09

    Xankəndidə uzağı 30-40 min erməni yaşayır onları çox sadə yolla işlə təmin edib bu məsələni kökündən həll etmək mümkündür bunun üçün qarşılıqlı inam mövcud olmalidi!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*